Keniyada etirazçılar parlament binasını ələ keçirdi – VİDEO / YENİLƏNİBbackend

Keniyada etirazçılar parlament binasını ələ keçirdi - VİDEO / YENİLƏNİB

Keniyada etirazçılar Nayrobidə parlamentin binasına soxulublar.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat yayıb.

Məlumata görə, binanın bir hissəsində yanğın başlayıb.

16:50

Keniyada parlament binasına girmək istəyən üç etirazçı polis tərəfindən güllələnib.

KONKRET.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, etirazçılar polis avtomobilini yandırıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məlumata görə, etirazlara səbəb vergi artımıdır.

Bildirilib ki, zərərçəkənlərin sayı azı 200 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*