Kennedinin qardaşı oğlu Baydenə rəqib olacaqbackend

Kennedinin qardaşı oğlu Baydenə rəqib olacaq

ABŞ-nin eks-prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 5 noyabr 2024-cü il seçkilərində bərabər iştirak edəcəyi vitse-prezidentliyə namizədin adını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Kennedinin komandasındakı “ikinci nömrə” hüquqşünas, xeyriyyəçi Nikol Şanahandır. O, “Google”un yaradıcısı Sergey Brinin keçmiş həyat yoldaşıdır.

Amerikanın “Axios” nəşri yazıb ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden rəqibinə artan dəstəkdən ciddi narahatdır və onunla mübarizə aparmaq üçün əməliyyat başladıb. Bayden Kennedi klanının üzvləri arasında müttəfiqlər axtarır.

Robert Kennedi 1954-cü il yanvarın 17-də keçmiş prezident Con Kennedinin kiçik qardaşı Robert F. Kennedinin ailəsində doğulub. Harvard Universitetinin Amerika tarixi və ədəbiyyatı fakültəsini, Virciniya Universitetinin hüquqşünas fakültəsini bitirib.

1999-cu ildə təmiz sular və ətraf mühit qanunlarına əməl edilməsi uğrunda mübarizə aparmaq üçün “Waterkeeper Alliance” şirkətini qurub. Ətraf mühitin çirklənməsi, insan hüquqlarının müdafiəsi ilə bağlı işlərdə vəkil kimi fəaliyyət göstərib və etiraz aksiyalarında iştirak etdiyinə görə dəfələrlə həbs edilib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*