“Kılıcdaroğlu hakimiyyətə gəlsə, Ermənistan üçün yaxşı olacaq” – Safrastyanbackend

"Kılıcdaroğlu hakimiyyətə gəlsə, Ermənistan üçün yaxşı olacaq" - Safrastyan

“Türkiyədə müxalifət hakimiyyətə gəlsə, Ermənistan üçün daha yaxşı olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə şərqşünas və türkoloq Ruben Safrastyan erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Türkiyədə müxalifət hakimiyyətə gələrsə, Ermənistana qarşı qoyulan ilkin şərtlər daha yumşaq və qəbuledilən ola bilər.

Safrastyan fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Türkiyənin böyük itki verdiyini , genişmiqyaslı reabilitasiya işlərinə ehtiyac olduğunu, rəsmi hesablamalara görə, xərclərin 100 milyard dollar və hətta daha çox olacağını deyib. O bildirib ki, Türkiyə bu zəlzələdən sonra öz gücü ilə bu nəticələrin öhdəsindən gələ bilməyəcək və xaricdən kapital qoyuluşunun olması zəruridir.

Onun fikrincə, bu, daha çox Amerika kapitalı olacaq və ABŞ-ın Türkiyəyə təsiri artacaq.

“Digər tərəfdən müxalifət Qərbin və ABŞ-ın mehriban münasibətindən bəhrələnir. Əgər Kamal Kılıcdaroğlu hakimiyyətə gələrsə, Ermənistanla münasibətlərin tənzimlənməsində Türkiyənin qoyduğu ilkin şərtlər dəyişdiriləcək. Türkiyə Ermənistanın şərtlərini qəbul edəcək”, – deyə Safrastyan bildirib.

Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*