Kim Çen In Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Şimali Koreya prezidenti qatarla gəldiyi “Vostochnıy” kosmodromunda Rusiya lideri ilə görüş keçirib. Prezidentlər beş saata yaxın davam edən danışıqlar aparıblar. Tərəflər Koreya yarımadasında və Avropada təhlükəsizlik məsələlərini müzakirə ediblər. Putin və Kim Çen In kənd təsərrüfatı, turizm və logistika infrastrukturunun inkişafı sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar.
“Qəbuldan sonra Kim Çen In nəzakətlə Putini onun üçün uyğun zamanda KXDR-ə səfərə dəvət etdi. Putin dəvəti məmnuniyyətlə qəbul etdi və Rusiya-Koreya dostluğunun tarixi ənənələrini davam etdirməyə hazır olduğunu bildirdi”, – məlumatda deyilir.
Ariz Həsənoğlu,
KONKRET.az