Kim Çen In: “Şimali Koreya ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır”backend

Kim Çen In: "Şimali Koreya ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır"

“Bir daha açıq şəkildə bildirirəm ki, Şimali Koreya ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır”.

KONKRET.az KNCA-ya istinadən xəbər verir ki, bunu Koreya müharibəsində atəşkəsin 69-cu ildönümünə həsr olunmuş tədbirdə Şimali Koreya lideri Kim Çen In bildirib.

O, həmçinin Cənubi Koreya prezidenti Yoon Suk-yeola xəbərdarlıq edib ki, Şimali Koreyaya zərbə endirmək üçün “təhlükəli cəhd” etsələr, Cənubi Koreya ordusu məhv ediləcək.

“Əgər Cənubi Koreya rejimi bizə hərbi yolla hücum etməyi düşünür və hərbi gücümüzün bir hissəsini məhv edə biləcəklərinə inanırlarsa, yanılırlar”, – deyə Şimali Koreya lideri əlavə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*