Kişi həyat yoldaşına toylarının ildönümündə “Tac Mahal”ı HƏDİYYƏ ETDİbackend

Kişi həyat yoldaşına toylarının ildönümündə "Tac MahalHƏDİYYƏ ETDİ

Hindistanlı biznesmen Anand Çuksi öz həyat yoldaşına Tac Mahalın kiçildilmiş surətini inşa edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazeta.ru Oddity Centrala istinadən məlumat verib.

Beləliklə, kişi 27 yaşlı həyat yoldaşını toylarının ildönümü ilə əlaqədar təbrik edib.

Kişi tikintiyə 260 min dollar xərcləyib. Evdə dörd yataq otağı, mətbəx, kitabxana, bir neçə minarə və dəbdəbəli interyer vardır. Tac Mahalın kiçildilmiş surətinin tikintisinə inşaatçılar üç il zaman sərf edib.

İlk olaraq hindistanlı kişi həyat yoldaşına hühdürlüyü 24 metr olan ev bağışlamaq istəyib, lakin belə tikintiyə yerli hakimiyyət orqanları icazə verməyib.
Anandın sözlərinə görə, həyat yoldaşına bağışladığı iqamətgah insanları cəlb edir və onlar onun fonunda selfi çəkdirirlər.

“Mən istəyirəm ki, bu yer turizm mərkəzi olsun. İnsanların bir çoxu evin fonunda toy fotosessiyaları təşkil edir. Mən bunu qadağan etmirəm, ev hər kəsin üzünə açıqdır”, – kişi belə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*