Kiyev Britaniyanın “Storm Shadow” aviasiya raketi ilə Luqanska zərbə endirdibackend

Kiyev Britaniyanın “Storm Shadow” aviasiya raketi ilə Luqanska zərbə endirdi

Ukrayna mayın 12-də Britaniyanın Kiyevə verdiyi “Storm Shadow” aviasiya raketlərindən istifadə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Luqansk vilayətinə raket zərbəsi endiriblər, bu zaman onlar Böyük Britaniya tərəfindən Kiyev rejiminə verilən “Storm Shadow” aviasiya raketlərindən istifadə ediblər.

Zərbə nəticəsində Luqanskın qida və kimya müəssisələrinin ərazisində yanğın başlayıb.

Yaxınlıqdakı yaşayış binaları dağılıb. Dinc sakinlər, o cümlədən 6 uşaq yaralanıb. Luqanska raket hücumu həyata keçirən Su-24 təyyarəsi və onu əhatə edən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*