Rusiya Xəzərdən Kiyevə raket atdı – Ukraynadan AÇIQLAMA / YENİLƏNİBbackend

Rusiya Xəzərdən Kiyevə raket atdı - Ukraynadan AÇIQLAMA / YENİLƏNİB

İyunun 5-də səhər tezdən Rusiya hərbçiləri Xəzər dənizindən Kiyev istiqamətində bir neçə raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Komandanlığı məlumat yayıb.

Bildirilir ki, saat 06:00 radələrində zenit-raket qoşunlarının bölməsi Rusiyaya məxsus qanadlı raketi məhv edib.

İlkin məlumatlara görə, Rusiya qoşunları Xəzər dənizindən Tu-95 təyyarələrindən raketlər atıb.

Milli nüvə enerjisi istehsal edən “Energoatom” şirkəti bildirib ki, Kiyevə doğru atılan raketlərdən biri Cənubi Ukrayna Atom Elektrik Stansiyasının üzərində çox aşağı hündürlükdə uçub. Şirkət bildirib ki, “ruslar hələ də başa düşmürlər ki, işləyən enerji blokuna daxil olan raketin ən kiçik parçası belə nüvə fəlakətinə və radiasiya sızmasına səbəb ola bilər”.

10:13

Bu gün səhər saatlarında Kiyev şəhəri raket zərbəsinə məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko “Telegram”-da paylaşım edib.

Ukrayna paytaxtının Darnitsk və Dneprovsk rayonlarında partlayış səsləri eşidilib. Vitali Kliçko 1 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*