Kiyevdə yerli hakimiyyət və şahidlərin məlumatına görə, Dnepr və Obolon rayonlarında yerləşən yanacaqdoldurma məntəqələrinə (YDM) zərbələr endirilib.
KONKRET.az xəbər verir ki, bu barədə görüntüləri UNİAN nəşri yayıb.
Şahidlərin bildirdiyinə görə, zərər çəkən hər iki YDM “Ukrnafta” şəbəkəsinə məxsusdur. Xatırladaq ki, bir gün əvvəl də “Respublika” TTM-in yaxınlığında “Ukrnafta”nın avtoqarajı və ya yanacaqdoldurma məntəqəsi zərər görmüşdü.
Bunun ardınca paytaxtın meriyası Obolon rayonunda YDM-ə təkrar zərbə endirildiyini təsdiqləyib. Məsuliyyətsiz hücumlar nəticəsində dağıntılara məruz qalan paytaxt yanacaqdoldurma məntəqələrinin yaxınlıqdan çəkilmiş videogörüntülər də ictimaiyyətə təqdim olunub.
Ağagül Mürsəlov,
KONKRET.az
