“Kiyevin müttəfiqləri Rusiyanın yay hücumundan qorxurlar” – Bloombergbackend

"Kiyevin müttəfiqləri Rusiyanın yay hücumundan qorxurlar" - Bloomberg

“Ukraynanın müttəfiqləri Rusiyanın yay hücumunun Kiyevin müdafiəsini sarsıda biləcəyindən getdikcə daha çox narahatdırlar”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Nəşrin mənbələri Ukrayna Silahlı Qüvvələrində silah çatışmazlığı ilə bağlı vəziyyətin pisləşdiyini qeyd ediblər.

Bloomberg anonim rəsmilərə istinadən xəbər verir ki, Kiyevin müttəfiqləri Rusiyanın yay hücumunun Ukraynanın müdafiəsinə zərbə vura biləcəyindən daha çox narahat olmağa başlayıblar. Onların hesablamalarına görə, hazırda Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrindən daha çox raket atırlar.

Bloomberg-in məlumatına görə, Kiyevin silah qıtlığı ilə bağlı müttəfiqlərinə xəbərdarlıq etdiyi yanvarın sonu ilə müqayisədə vəziyyət xeyli pisləşib. Nəşrin yazdığına görə, Ukrayna və onun müttəfiqləri “sursat yarışında” uduzurlar. Cəbhə xəttindəki son hadisələrlə tanış olan NATO rəsmilərinin sözlərinə görə, Qərbin Ukraynaya hərbi yardım axını kəskin şəkildə azalıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*