Klivlend muzeyi 2000 illik heykəli Liviyaya qaytaracaqbackend

Klivlend muzeyi 2000 illik heykəli Liviyaya qaytaracaq

Gedən saqqallı adamın heykəli 2000 ildən çox əvvəl Ptolemeylər sülaləsi dövründə qara bazaltdan hazırlanıb.

KONKRET.az xəbər verir ki, ABŞ-nin Ohayo ştatındakı Klivlend İncəsənət Muzeyi İkinci Dünya Müharibəsi zamanı Britaniya işğalı zamanı oğurlanmış heykəli Liviyaya qaytaracaq.

Nümunəni 1991-ci ildən saxlayan muzey çərşənbə günü onu geri qaytaracağını elan edib.

“Əski Əsərlər Departamentinin təqdim etdiyi məlumatlara və yeni araşdırmalara əsasən, muzey könüllü olaraq heykəli Liviya mülkü kimi tanıyır”, – muzeyin bəyanatında deyilir.

Heykəl demək olar ki, iki fut hündürlükdədir (təxminən 61 sm) və bazaltdan hazırlanıb.

Heykəlcik 1937-1938-ci illərdə Liviyanın şərqində olan qədim Ptolemeylər ərazisində sütunlu sarayın qazıntıları zamanı böyük bir qabda tapılıb.

Daha sonra heykəlcik Liviyada Britaniyanın işğalı zamanı dağıdılmış Ptolemais Muzeyindən götürülüb. İtaliyalı bir alimin 1950-ci il nəşrində heykəlin ehtimal ki, 1941-ci ildə itdiyi ifadə edilib.

1960-cı ildə heykəlcik Luzernə gətirilib. 1966-cı ildən 1991-ci ilə qədər Nyu-York sənət kolleksiyaçıları Lourens və Barbara Flayşmanın şəxsi kolleksiyasında saxlanılıb və 1991-ci ildə muzeyə hədiyyə edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*