Koçaryandan Marukyana: “Siz bizi eşşək yerinə qoymusunuz?backend

Koçaryandan Marukyana: "Siz bizi eşşək yerinə qoymusunuz?

“Edmon Marukyan açıq şəkildə dedi ki, Qərbin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq planı var. Qarabağ erməniləri Azərbaycanda təhlükəsiz yaşamalıdırlar. Axı biz biz Praqaya getdik və Makronun himayəsi ilə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq. Marukyan guya bunları bilmir və indi də deyir ki, heyf, azərbaycanlılar bizə xəyanət etdi, Qərb ayağa qalxmadı”.

KONKRET.az xəbər verir ki, bu sözləri Tiqran Koçaryan öz Facebook səhifəsində yazıb:

Erməni siyasətçiləri bilmir ki, Qərb Azərbaycandan qaz və neft almaqda davam edir?!
Bütün bunlardan sonra Qərb platformalarında lovğalanmağın nə mənası var?! Qarabağın erməni sakinlərini öz yalanlarınızla bəsdirin aldatdınız. Siz bizi eşşək yerinə qoymusunuz?

P.S. Çox təəssüf ki, bu gün Qarabağı satanlarla razılaşanlara və erməni xalqını çaşdıranlara platforma verməkdə davam edən müxalifətçilər var”.

Natiq Səlim,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*