Koçaryanı Almaniyadan tapdılarbackend

Koçaryanı Almaniyadan tapdılar

“Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yanvarın sonundan Avropadadır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Koçaryan Almaniyadadır və oradan Vladimir Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Ermənistan” fraksiyasının üzvü Aqnes Hamoyan nəşrə bu məlumatı nə təkzib, nə də təsdiqləyib. “Keçmiş prezidentin hüquq qrupunun məhkəmədəki son vəsatəti onun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı olub”, – nəşr Hamoyandan sitat gətirir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*