Konqresmen bu vəzifəyə namizədliyini irəli sürməkdən imtina etdibackend

Konqresmen bu vəzifəyə namizədliyini irəli sürməkdən imtina etdi

Respublikaçılar tərəfindən ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürülən amerikalı konqresmen Tom Emmer (Minnesota ştatından) bu vəzifə uğrunda mübarizədən çəkilmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN  və The Washington Post məlumat yayıb.

Bundan əvvəl bir qrup respublikaçı Nümayəndələr Palatasının tam tərkibində səsvermədə Emmerin namizədliyini dəstəkləməyəcəklərini bildirmişdilər. Bu o deməkdir ki, onun spiker seçilmək şansı demək olar ki, yoxdur, çünki o, demokrat qanunvericilərin dəstəyinə arxalana bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*