ABŞ konqresmeni Abraham Hamadeh Ermənistan və Azərbaycan arasında sülh prosesinin çoxlarının gözlədiyindən daha sürətlə irəlilədiyini bildirib və Donald Trampın hazırkı prezidentlik müddətinin bitməsindən çox əvvəl yekun sülh razılaşmasının əldə edilə biləcəyini proqnozlaşdırıb.
KONKRET.az xəbər verir ki, o, Azadlıq Radiosuna verdiyi müsahibədə TRIPP-i sadəcə iqtisadi layihədən daha əhəmiyyətli bir siyasi hadisə adlandırıb və iddia edib ki, bu, Ermənistan və Azərbaycanı siyasi və iqtisadi cəhətdən birləşdirə bilər, eyni zamanda Cənubi Qafqazı genişlənmiş Qərb ticarəti və investisiyaları üçün aça bilər.
O qeyd edib ki, “Həm Bakıda, həm də İrəvanda hər şey çox rahat gedir və hər iki tərəf Cənubi Qafqazda sülh və rifahı təmin etmək əzmindədir”.
Eyni zamanda, o, bəzi problemlərin hələ də qaldığını etiraf etdi. “Ermənilərin Azərbaycandan geri qaytarmaq istədikləri məhbuslar var. İnanıram ki, münasibətlərin möhkəmləndirilməsi təkcə Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, həm də son zamanlar kifayət qədər diqqət yetirilməyən Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə kömək edəcək. İki tərəf 2022-ci ildə sərhəddə diplomatik təmaslarla başlayaraq sərhədlərini açmaq barədə razılığa gəliblər. Bu, indiyə qədər edilməyib. Ümid edirik ki, onların sərhədləri açılacaq və Ermənistan, Rusiya, Gürcüstan və ya İranla yanaşı, başqa bir ticarət yoluna sahib olacaq. Buna görə də Türkiyənin Ermənistanla sərhədinin açılmasını təmin etməliyik”.
Konqresmən qeyd edib ki, “Rusiyanın Ermənistana təsiri, məsələn, Qafqazdakı digər ölkələrdən daha güclüdür və ruslara etibar etmək olmaz. İndi isə onlar Ukraynadakı müharibə ilə çox məşğuldurlar və onlar başa düşürlər ki, indi ABŞ böyük bir boşluğu doldurur”.
Ağagül Mürsəlov,
KONKRET.az
