Konstitusiya Məhkəməsinin işçiləri də koronavirusla mübarizəyə dəstək verdibackend

Konstitusiya Məhkəməsinin işçiləri də koronavirusla mübarizəyə dəstək verdi

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi koronavirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Bu barədə KONKRET.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əmək haqqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*