89 xəstəmizi sağalmış hesab edirik, çünki artıq başqalarına virusu yoluxdura bilməyəcəklər.
KONKRET.az xəbər verir ki, bunu Çili Səhiyyə naziri Xaime Manaliç bildirib.
O, etiraf edib ki, 89 nəfərin içində ölənlər də var.
Nazirin bu açıqlaması böyük rezonansa səbəb olub.
Xatırladaq ki, Çilidə 7 min 900-dən çox koronavirusa yoluxma faktı qeydə alınıb. 90-dan çox adam isə ölüb.
2600-dan çox insan virusdan sağalaraq evə buraxılıb.
axar.az