Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 koronavirusunu pis vərdişləri olan insanlar üçün yaxşı bir dərs hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə o, aprelin 16-da Belarus dövlət başçısının mətbuat xidmətinə açıqlamasında narkotik ticarəti sahəsində günahlandırılan şəxslərə əfvlə bağlı görüşdə deyib.
Xüsusilə, Lukaşenko koronavirusun yayılması məsələsinə toxunaraq infeksiyaya ən çox həssas olan vətəndaşların kateqoriyalarına işarə vurub.
“Narkomanlar və siqaret çəkənlər üçün bu yaxşı bir dərsdir. Bunu sətəlcəm olan ciddi xəstələrdən görürük. Bu qondarma pandemiyadan sonra həyatınızı necə təşkil edəcəyinizi düşünmək yaxşı bir dərsdir” deyib.
16 aprel tarixinə qədər Belarusda 4.200 nəfərdən çox insan COVID-19-a yoluxub, 40 xəstə ölüb. Həmçinin, 65 nəfərin mexaniki ventilyasiya cihazlarının dəstəyinə ehtiyacı var. Bu günə qədər Belarusda təsdiqlənmiş koronaviruslu 116 uşaq qeydiyyata alınıb.
Babək Göyüş
KONKRET.az
