Moskva və Bütün Rusiyanın Patriarxı Kirill koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar yaradılan yeni duaların mətnlərini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Moskva Patriarxlığının saytında məlumat verilib.
Dualar birbaşa koronavirusdan bəhs etməsə də, köhnə slavyan dilində yazılıb. Hər iki mətnin başlığı “zərərli maddənin yayılması” ilə bağlıdır.
Moskva Patriarxlığının saytında verilən məlumata görə, Müqəddəs Sinod kilsənin bütün keşişlərini “xəstəliyi aradan qaldırmaq və bununla mübarizə aparan həkimlərə güc vermək üçün dua etməyi” çağırıb. Martın 22-dən etibarən Rus Pravoslav Kilsəsinin bütün kilsələrində yeni dualar oxumağa başlayacaq.
“Ey Rəbbimiz olan Allahım, qullarını sınağa çəkmə, bizi bəlalardan qoru. Sənin mərhəmətinə güvənirik. Ey Tanrı, öz bəndələrini qoru. Qurtuluşumuz səninlədir, mərhəmətini əsirgəmə, Allahım. Sənə, Ata və Oğula və Müqəddəs Ruha hər zaman həmd edirik. Amin”.
