Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi – FOTObackend

Koronavirusa yoluxduğu deyilən Kadırov iclas keçirdi - FOTO

Koronavirusa yoluxduğu deyilən Çeçenistan rəhbəri Ramzan Kadırov bu gün Covid-19-la mübarizə üzrə Operativ qərargahın iclasını keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.

“Bayramdan sonra operativ qərargahın iclasında məsul şəxslərin məruzələrini dinlədim. Ümumilikdə xəstəxanalarda, o cümlədən regionun iqtisadiyyatında vəziyyət stabildir. Biz artıq koronavirusla mübarizə haqda kifayət qədər faydalı məlumat toplamışıq. Əminəm ki, tezliklə regionda, həmçinin, bütün Rusiyada vəziyyət yaxşılığa doğru dəyişəcək”, – deyə Kadırov yazıb.

Kadırovun köməkçisi Əhməd Dudayev “TASS”a açıqlamasında onun səhhəti ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib: “Ramzan Əhmədoviç operativ qərargahın iclasını özü aparıb. O, çox yaxşı əhvaldadır, sağlamdır və özünü əla hiss edir. Onun səhhəti ilə bağlı hər hansı narahatlığa əsas görmürük”.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*