Dünyada koronavirus infeksiyası nəticəsində 190.490 ölüm hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı COVID-19 statistikasını hazırlayan Worldometers veb saytı yayıb.
Ölümlərin çoxu ABŞ-da qeydə alınıb. Orada koronavirusdan 49.769 nəfər ölüb.
İtaliya 25.549 ölümlə ikinci, İspaniya isə üçüncü olub. Orada 22157 nəfər infeksiyadan vəfat edib. Bundan əlavə, Fransada çox sayda ölüm baş verib: 21.856. İngiltərədə isə 18.738 nəfər dünyasını dəyişib.
Bundan əlavə, dünyada artıq 2,7 milyondan çox koronavirus yoluxmuş şəxs qeydə alınıb. Bunlardan, demək olar ki, 60 min nəfərin vəziyyəti ağırdır.
745 mindən çox xəstə pandemiyanın əvvəlindən sağalmağı bacarıb.
2019-cu ilin dekabr ayında Çin hakimiyyəti Wuhanda əhalinin pnevmoniya xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus pandemiyasının başlandığını bildirib.
Babək Göyüş
KONKRET.az
