Koronavirusla mübarizədə vəfat edən həkimlərə şəhid statusu verilə bilərbackend

Koronavirusla mübarizədə vəfat edən həkimlərə şəhid statusu verilə bilər

“Xəstəliyə qarşı zəfər əldə etməyin yolu sosial hərəkətliliyi dayandırmaqdır. Ən təhlükəsiz yer evimizdir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir deyib ki, Türkiyədə yeni növ koronavirusdan vəfat edənlərin 78 faizi 60 yaşdan yuxarı olanlardır: “Ölənlərimiz 60 yaşdan yuxarı insanlarımızdır və bu xəbərləri aldıqca nə qədər üzülürük. Cəmiyyətdə hansı insanın daşıyıcı olduğunu bilmirik, odur ki, insanların sıx olduğu yerlərdə maska geymək vacibdir. Gənclərin hərəkətliliyi də virusla mübarizədə ən riskli haldır”.

Nazir bildirib ki, koronavirusla əlaqədar vəfat edən səhiyyə işçilərinə “şəhid” statusunun verilməsi məsələsi qarşıdakı günlərdə müzakirə mövzusu olacaq.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*