Koronaya yoluxan məhbuslarla bağlı – AÇIQLAMAbackend

Koronaya yoluxan məhbuslarla bağlı - AÇIQLAMA

Penitensiar müəssisələrində koronavirusa yoluxanlar arasında ağırlaşma yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov deyib.

Onun sözlərinə görə, məhbuslar Baş Tibb İdarəsinin müəssiəsində müayinə və müalicə olunur:

“Səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.

Rəis müavini qeyd edib ki, penitensiar müəssisələrdə epidemioloji gərgin mühit yoxdur və nəzarət tədbirləri davam etdirilir:

“Hazırda əsas işimiz infeksiyaların aşkarlanmasına, kontaktların nəzarətdə saxlanılmasına və müalicənin həyata keçirilməsinə yönəlib”.

Qeyd edilib ki, məhbuslar arasında yoluxma hallarının baş verməməsi üçün qoruyucu vasitələrdən istifadə edilir, sosial məsafə və digər qaydalara əməl edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*