Kozinoğlunun Elçibəylə birgə fotosu yayıldıbackend

Kozinoğlunun Elçibəylə birgə fotosu yayıldı

MİT-in (Milli İstehbarat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Qurdlar Vadisi” teleserialının ssenaristlərinin dindirilməsi Türkiyədə onun fəaliyyətini yenidən gündəmə gətirib.

KONKRET.az Axar.az-a istinadla xəbər verir ki, bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə paylaşılmaqdadır.

Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi iddia edilir.

Qeyd edək ki, Kozinoğlu 1990-cı illərin əvvəllərində Azərbaycanda hərbi təlimlər keçib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində rol oynayıb.

Xatırladaq ki, Kozinoğlu illər sonra “Ergenekon” işi üzrə həbs edilib və 2011-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*