Çinin nüvə potensialının artırılması narahatlıq doğurmur, bu, ciddi təhlükəsizlik problemləri ilə üzləşən ölkənin suveren hüququdur.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu bizim narahatlığımıza səbəb ola bilməz. Çünki bizim qabaqcıl strateji tərəfdaşlıq münasibətlərimiz var. Biz siyasi dialoqun və iqtisadi qarşılıqlı fəaliyyətin ən qabaqcıl mərhələsindəyik. Çin məqsədəuyğun hesab etdiyi addımları atır. Bu, ölkənin tamamilə suveren hüququdur”, – deyə Peskov deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
