Ermənilərdən ABŞ Konqresində gözlənilməz addım: Qərbi Azərbaycanla bağlı konfransa…backend

Ermənilərdən ABŞ Konqresində gözlənilməz addım: Qərbi Azərbaycanla bağlı konfransa...

Vaşinqtonda, ABŞ Konqresinin Kapitoli təpəsində yerləşən binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və seçici yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, tədbirdə qaçqın hüquqları, milli azlıqların müdafiəsi və beynəlxalq hüquq üzrə ekspertlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

Çıxışlarda Ermənistandan etnik təmizləmə nəticəsində deportasiya olunmuş yüz minlərlə azərbaycanlının təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq gündəmdə saxlanmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, Ermənistanda azərbaycanlılara məxsus mədəni, dini və tarixi irsin dağıdılması və mənimsənilməsi faktlarının beynəlxalq hüquqi qiymət alması tələb olunub.

Sonda ABŞ Konqresinə ünvanlanan müraciət qəbul edilib. Müraciətdə qayıdış hüququ və xalqların öz müqəddəratını təyinetmə prinsipinin beynəlxalq hüquqa uyğun, ədalətli və ayrı-seçkilik olmadan tətbiqinin vacibliyi qeyd olunub. Sənəddə Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstək çağırışı da yer alıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*