Tramp Ərdoğana “sürpriz” hazırlayıb – Özü AÇIQLADIbackend

Tramp Ərdoğana "sürpriz" hazırlayıb - Özü AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp NATO sammiti öncəsi Vaşinqtonun Türkiyəyə aviamühərriklərin və ya F-35 qırıcılarının satışına dair qərar verə biləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə NATO-nun baş katibi Mark Rutte ilə birgə brifinqdə danışıb.

Tramp bildirib ki, Türkiyə NATO üzvüdür və Vaşinqton Ankaranı sevindirəcək addım ata bilər.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens də administrasiyanın Türkiyəyə F-35 tədarükü imkanını Konqreslə birlikdə müzakirə etdiyini deyib.

Onun sözlərinə görə, bu məsələ ABŞ qanunvericiliyinin tələblərinə uyğun şəkildə qiymətləndirilir.

Xatırladaq ki, Türkiyəyə F-35 satışı 2019-cu ildə Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına görə dayandırılmışdı.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*