Bakıda qadın lotereyadan 500 000 manat uddubackend

Bakıda qadın lotereyadan 500 000 manat uddu

Mərc oyunları operatoru olan “Azərlotereya”da növbəti dəfə “Poz-Qazan” tarixinin ən böyük uduşu – 500 000 manat “Prestij” lotereyasından qazanılıb.

KONKRET.az xəbər verir ki, uğurlu bilet Bakı sakini Aynurə Həsənovaya nəsib olub.

Şanslı qalibə yarım milyonu Zabratda yerləşən marketlərdən birindən aldığı bir ədəd “Prestij” bileti qazandırıb.

Həyatının ən unudulmaz anlarından birini yaşayan Aynurə xanım sevincini ilk olaraq atası ilə bölüşüb.

Onun sözlərinə görə, bu xəbər ailədə böyük coşqu və həyəcanla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*