Kreml Gürcüstandakı etirazlarla bağlı NARAHATLIĞINI BİLDİRDİbackend

Kreml Gürcüstandakı etirazlarla bağlı NARAHATLIĞINI BİLDİRDİ

Kreml Gürcüstandakı etirazlarla bağlı narahatlığını bildirib.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kremlin Gürcüstandakı etirazlardan narahat olub-olmaması sualını cavablandırıb.

O bildirib ki, Gürcüstandakı etirazlar Moskvanın narahatlığına səbəb olmaya bilməz, Rusiya üçün sərhəd perimetrində sakitliyin olması vacibdir.

“Gürcüstan hələ də bizim üçün qonşu dövlətdir. Baxmayaraq ki, bizim Gürcüstanla belə münasibətlərimiz yoxdur, lakin təbii ki, oradakı vəziyyət bizi narahat etməyə bilməz. Əlbəttə, bizim üçün vacibdir ki, sərhədimizin perimetrində sülh olsun. Burada hazırda vəziyyət arzuolunandır”, – Peskov deyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*