Kremlin Şərqi Qazaxıstan arzuları “DONDU” – Tokayev Axmetova “dəymədi”backend

Kremlin Şərqi Qazaxıstan arzuları “DONDU” – Tokayev Axmetova “dəymədi”

Daniyal Axmetov Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin akimi olaraq qaldı. Prezident Qasım-Comart Tojayevin bu qərarı cəmiyyətdə əsl sürpriz oldu. Qeyd edək ki, o, bu vəzifədə doqquzuncu ildir çalışır. Ümumiyyətlə, isə Daniyal Axmetov on altıncı ildir ki, akim vəzifəsini daşıyır.

Bəs bu qərar hansı səbəblə sürpriz kimi qəbul olunub. KONKRET.az xəbər verir ki, Axmetovdan başqa, nisbətən gənc menecerlər arasından üç namizədin Şərqi Qazaxıstan vilayətinin akimi vəzifəsinə nəzərdə tutulduğu iddia olunurdu. Onlardan ikisi birbaşa prezidentin kadr ehtiyatına daxildir. Lakin Prezident Administrasiyası yekun qərarı verərkən açıq-aydın hesab edib ki, hər üç namizəd iqtisadi işlərdə praktiki təcrübəyə malik deyil. Yəni onlar heç vaxt rayon miqyaslı inzibati orqanlarda işləməyibilər. Baxmayaraq ki, bu namizədlər Qərb universitetlərinin məzunları olub. Aralarında hüquqşünas, beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı üzrə mütəxəssislər də var. Görünür, prezident onları belə bir məsul vəzifəyə təyin etməyi məqbul hesab etməyib.

Qeyd edək ki, mövcud geosiyasi reallıqlarda Qazaxıstanın Şərqi Qazaxıstan regionu strateji regiondur və Rusiya ilə həmsərhəddir.

Məlum olduğu kimi, Rəsmi Kreml müntəzəm olaraq bu regionu Qazaxıstandan qoparmaq planlarını gizlətmir. Eyni zamanda digər şimal regionları və ölkənin şərqi ilə bağlı Moskvadan təhdidlər gəlir. Kremlin təbliğat maşını və Rusiyanın bir sıra siyasi və biznes elitasının nümayəndələri Qazaxıstana münasibətdə imperiya ambisiyalarını gizlətmir, bu əraziləri Qərbi Sibir və Rusiyanın Altay diyarının bir hissəsi adlandırırlar.

Yəqin elə buna görə də hakim elita belə düşünür ki, bölgəyə regionu və onun əhalisini Qazaxıstan dövlətinin orbitində saxlamağa qadir olan nüfuzlu şəxs rəhbərlik etməlidir. Gənc menecerlərin təyinatı, əksinə, Qazaxıstan üçün fəlakətli nəticələrə səbəb ola bilər və burada kadr səhvinin qiyməti son dərəcə rislkli vəziyyət yaradar.

Ancaq rəsmi kluarlarda yayılan söz-söhbətlərə görə, Daniyal Axmetov, böyük ehtimalla, vəzifəsində uzun müddət qalmayacaq və gələn ilin sonuna qədər işdən azad ediləcək. Bu vaxta qədər Akorda Şərqi Qazaxıstan vilayətinin akimi ilə bağlı nəhayət qərar verəcək.

Ümumiyyətlə, bu regionun akimlərinin qalmaqallı tarixi kəskin kadr çatışmazlığını göstərir. Ali rəhbərlik kifayət qədər səriştəli və yüksək səviyyəli menecerlərin təyinatına hələ ki, tələsmir. Digər versiyalara görə, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev hələ də tanıdığı şəxslərə arxalanmağa məcburdur. Məsələn, Axmetov Tokayevin özü baş nazir postunu tutduğu zaman Nazirlər Kabineti başçısının birinci müavini vəzifəsində çalışıb, bundan sonra Axmetov Pavlodar vilayətinin akimi vəzifəsinə təyin olunduqdan sonra bölgədə asayişi bərpa etmək tapşırığı almışdı.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*