Kriminal aləmdə oğru kimi tanınan Şakro Molodoydan xəbər var – Ailəsi təhlükədədirbackend

Kriminal aləmdə oğru kimi tanınan Şakro Molodoydan xəbər var – Ailəsi təhlükədədir

Rusiyanın kriminal aləmində tanınmış oğrulardan biri Şakro Molodoyun ailəsi (Zaxariya Kalaşov) koronavirusa yoluxub.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, kriminal avtoritetin həyat yoldaşı Marina Qoldberq və onun 15 yaşlı oğlu Daniel yoluxma üçün testlərdən keçib və onlarda yoluxma faktı aşkarlanıb.

Hazırda onlar Moskva yaxınlığındakı Nikolina Qora kəndindəki Şakro malikanəsində özlərini ətraf aləmdən təcrid edib. Yaxın vaxtlarda qanuni oğru ailəsini xəstəxanaya yerləşdirməyi planlaşdırır.

Kalaşovun özü indi həbsdədir: 2018-ci ilin mart ayında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi ilə iki cinayətə görə məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*