Kriminal oliqarx Ruben Vardanyan Qarabağı tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə bloger Roman Baqdasaryan Facebook səhifəsində yazıb. O bildirib ki, Qarabağ uğrunda sona qədər mübarizə aparacağını vəd edən kriminal oliqarx Ruben Vardanyan Qarabağdan ayrılıb.
“Ruben Vardanyan Qarabağ əhalisini toplayıb və deyib ki, guya onun səhhətində problemlər var. Və bu ölümcül problemə görə o, Qarabağı tərk etməlidir.
Vardanyan toplaşanları inandırmağa çalışıb ki, bu, onun daha “Arsax” uğrunda döyüşməyəcəyi anlamına gəlmir. Vida mərasiminin ertəsi günü Vardanyan Qarabağı tərk edib.
Xatırladım ki, bu, həmin Ruben Vardanyandır ki, son aylar Qarabağ uğrunda hətta ölməyə hazır olduğunu daim təkrarlayır.Aydındır ki, Vardanyanın “səhhətindəki problemlər” Qarabağı tərk etməsi üçün sadəcə kiçik bir hiylədir. O, birtəhər özünə haqq qazandırmağa çalışmalı idi”, – deyə Baqdasaryan qeyd edib.

Xuraman Etibarlı,
KONKRET.az
