KTMT liderlərinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı görüşü noyabrın sonunda keçiriləcək.
KONKRET.az Belta-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilən növbədənkənar sessiyasının nəticələrini onlayn rejimdə şərh edərkən deyib.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası noyabrın sonunda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti yenidən müzakirə edəcək.
“Tərəflər anlaşdı ki, məsələyə KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın sonuna planlaşdırılan növbəti sessiyasında baxılacaq”, – deyə Ambrazeviç bildirib.
Diplomatın sözlərinə görə, yaxın bir neçə həftə ərzində bu məsələnin daha sonra necə nəzərdən keçiriləcəyi ilə bağlı müəyyən baxış var. O, yaxın bir neçə gün ərzində Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli danışıqların keçiriləcəyini də xatırladıb.
Xuraman Etibarlı,
KONKRET.az
