KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcəkbackend

KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək

Yaxın həftələrdə Mərkəzi Asiya ölkələrində regionda sabitliyin qorunmasına yönəlmiş bir sıra hərbi təlimlər keçiriləcək.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.

O qeyd edib ki, Rusiya Avrasiya məkanında sabitliyin qorunmasına cavabdeh olan hərbi-siyasi ittifaqların potensialını gücləndirmək üçün səylərini davam etdirir.

“Xüsusilə Əfqanıstandakı vəziyyət nəzərə alınmaqla, Mərkəzi Asiya regionunda sabitliyin qorunması məqsədilə Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazisində silsilə hərbi təlimlərin keçirilməsi planlaşdırılır”, – M.Aqasandyan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*