KTMT missiyası Ermənistana gəlməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə bildirib.
Kopırkin deyib ki, bu təsdiqlənmişdi və indi də ən yüksək səviyyədə təsdiqlənməkdədir.
Onun sözlərinə görə, hazırda bu məsələlər üzərində iş gedir.
“Ermənistan XİN rəhbərinin bir qədər əvvəl qeyd etdiyi kimi, bu məsələlər üzərində iş gedir.
Düşünürəm ki, bunun nəticəsində hansı qərara gələcəyimizi dəqiqləşdirəcəyik”, – deyə səfir qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
