“KTMT-nin Ermənistana görə sabah keçiriləcək iclasında Putin iştirak edəcək” – Peskovbackend

"KTMT-nin Ermənistana görə sabah keçiriləcək iclasında Putin iştirak edəcək" - Peskov

KTMT-nin Ermənistana görə sabah keçiriləcək iclasında Putin də iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin KTMT liderlərinin cümə günü, oktyabrın 28-də keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, oktyabrın 28-də  Kollektiv Təhlükəsizlik Şurasının (KTMT) növbədənkənar sessiyası keçiriləcək. İclasda Ermənistana yardım məsələsi müzakirə olunacaq. Sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT MKS-nin qərarı ilə 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır.

Həmçinin Ermənistan Respublikasına yardım göstərilməsi üçün birgə tədbirlərə baxılacağı gözlənilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*