Ukrayna və İsrail xarici işlər nazirləri arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba “Twitter”də bildirib.
Kuleba qeyd edib ki, o və İsrail XİN rəhbəri Yair Lapid Rusiya xarici işlər naziri Lavrovun antisemit fikirlərindən qəzəbləniblər:
“Mən vurğuladım ki, antisemitizm Rusiya elitası arasında uzun müddətli kökə malikdir. Xarici işlər naziri Lavrovun yeganə çıxış yolu bütün dünyada yəhudilərin qarşısında açıq şəkildə üzr istəməkdir. Antisemitizmə dözmək olmaz!”//APA
