Külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildibackend

Külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

KONKRET.az komitəyə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*