backend

Kürdəmir sakini dəm qazından zəhərləndi

Kürdəmir rayonunda 60 yaşlı kişi dəm qazından zəhərlənib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü kənd sakini Əhmədov Xəlil Əlhöküm oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstə dərhal yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin necə baş verməsi ilə əlaqədar araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*