ABŞ kürdləri İran və Türkiyə ilə döyüşə hazırlayır.
ABŞ Suriyanın bir sıra raket və dron hücumlarına məruz qalmasından sonra Şimali İraqda kürd peşmərgə döyüşçülərinin əlinə hava hücumundan müdafiə sistemləri vermək istəyir.
KONKRET.az xəbər verir ki, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi hava hücumundan müdafiə sistemlərinin Peşmərgə İraq kürdlərinə təhvil verilməsini dəstəkləyən düzəlişi qəbul edib. Xatırladaq ki, bu düzəlişi Palataya respublikaçı konqresmen Don Bekon təqdim edib.
Konqresmen bildirib ki, “ABŞ Kürd Peşmərgə və İraq təhlükəsizlik qüvvələrini döyüş təlimlərinə cəlb etmək və İranın raket və pilotsuz təyyarə hücumlarına qarşı müdafiə üçün hərbi avadanlıqlarla təchiz etmək üçün öz köməyini əsigəməyəcək.
Peşmərgə qüvvələri İraq Kürdüstanında əsas silahlı qüvvələrdir. Onlar İraqın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edir və Vaşinqtonun İŞİD qruplaşmasını məğlub etmək üçün ABŞ-dan silah və maliyyə yardımı alır.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə Peşmərgə arasında ciddi qarşıdurmalar mütamadi xarakter alıb.
Hələ 2022-ci ilin sonlarında Tehranda gənc kürd qadının polis nəzarətində öldürülməsi ilə bağlı kütləvi etirazlardan sonra SEPAH kürd silahlılarına qarşı hərbi əməliyyatlar keçirdi.
Kürd Peşmərgə birləşmələri artıq ABŞ Müdafiə Nazirliyindən ayda təxminən 20 milyon dollar yardım alır. Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Yaxın Şərq təhlükəsizliyi proqramının direktoru Conatan Lord vurğulayıb ki, peşmərgəyə hava hücumundan müdafiə sistemləri təqdim etmək üçün Amerikanın hava hücumundan müdafiə sistemlərinə çox böyük tələbat var.
ABŞ-ın İraqdakı döyüş missiyası 2021-ci ilin dekabrında başa çatsa da, 2500 hərbçi İraq hökumətinin xahişi ilə ölkədənin şimalında və Bağdadda – məsləhətçi və köməkçi kimi fəaliyyət göstərir.
Təxminən 900 ABŞ əsgəri Suriyanın şimal-şərqində yerləşərək kürd qüvvələri ilə çiyin-çiyinə işləyir.
Natiq Səlim,
KONKRET.az
