ABŞ-da bir şəhərdən digərinə uçan sərnişin təyyarəsinin mühərrikinə dovşan girib və yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, təyyarədə 159 sərnişin və 6 ekipaj üzvü olub.
Təyyarənin sağ qanadındakı mühərriklərdən biri havaya qalxdıqdan az sonra yanıb.
Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib.
Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb.
Aynurə İsmayıl
KONKRET.az