Kuzneçov: “Finlandiya qoşunlarını Ukraynaya göndərməyi düşünür”backend

Kuzneçov: "Finlandiya qoşunlarını Ukraynaya göndərməyi düşünür"

“Finlandiya hakimiyyəti gələcəkdə öz döyüşçülərini Ukraynaya göndərmək qərarına gələ bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuzneçov bildirib.

O qeyd edib ki, Helsinki bu məsələdə diqqətini Vaşinqtona yönəldəcək.

“Finlandiya rəhbərliyinin bəyanatlarına əsasən, Helsinki hələlik öz əsgərlərini Ukraynaya göndərməyi planlaşdırmır. Lakin xarici işlər naziri Elina Valtonenin bəyanatlarına əsasən, Finlandiyanın mövqeyi sürətlə dəyişə bilər”, – deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Finlandiyanın xarici işlər naziri Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən demişdi ki, uzunmüddətli perspektivdə Helsinki heç nəyi istisna etməməlidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*