Yaponiya hökuməti keçmiş Baş nazir Sindzo Abenin dövlət səviyyəsində keçiriləcək dəfn mərasiminə təxminən 250 milyon yen (1,8 milyon dollar) xərcləyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, dəfn ilə bağlı xərclərin yekun məbləği avqustun 26-da Nazirlər Kabinetinin iclasında təsdiqlənəcək.
6400 nəfərin qatılacağı mərasimdə Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın vitse-prezidenti Kamala Harris, ABŞ-ın keçmiş prezidenti Barak Obama, Hindistanın Baş naziri Narendra Modi və digər yüksək vəzifəli şəxslərin iştirakı gözlənilir.
Qeyd edək ki, Sindzo Abenin dövlət səviyyəsində keçiriləcək dəfn mərasimi sentyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, Sindzo Abe iyulun 8-də seçki mitinqində güllələnib. İyulun 12-də ailə üzvləri və yaxınları üçün Tokioda özəl dəfn mərasimi keçirilib. Keçmiş baş nazirin cəsədi kremasiya edilib.
İqbal Rzayev,
KONKRET.az
