Laçın dəhlizinin açılması ilə bağlı intensiv danışıqlar davam edir.
KONKRET.AZ xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Millət vəkili bildirib ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin avtomobilinin Ağdamdan Qarabağa daxil olması Rusiyanın təşəbbüsü ilə təşkil olunub. Laçın dəhlizi yük maşını daxil olandan dərhal sonra yenidən işə salınmalıdır.
“Bunun necə olacağı haqqında hazırda müzakirə gedir. Bu, yalnız BQXK-ya açıq olacaqmı, sülhməramlılara açıq olacaqmı, hərəkatı canlandırmaq üçün açıq olacaqmı? Böyük bir danışıqlar paketi hazırda nəzərdən keçirilir”, – deyə Abramyan bildirib.
“Bunun 12, yoxsa 24 saat ərzində baş verəcəyini deyə bilmərəm, amma indi də dəhlizin ən qısa zamanda açılması üçün gərgin səylər davam edir”, – deputat qeyd edib.