Bütün İtaliya ölkənin ən məşhur lüks avtomobil markasının sahibi olan Lamborghini ailəsindəki qalmaqaldan danışır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bir saman çöpündən götürülmüş DNT analizi sensasion məlumatı üzə çıxarıb. Belə ki, həmin analizin nəticələrinə görə, dünyanın tanınmış lüks avtomobil markası Lamborghinin qurucusunun nikahdankənar nəvəsi varmış.

Hər şey Neapoldan olan 35 yaşlı kosmetoloq Flavia Borzonenin məhkəməyə müraciət etməsindən sonra başlayıb. O, Lamborghini ailəsinin üzvü olduğunu iddia edərək ictimaiyyətdə geniş əks-səda doğuran xəbərlərin qəhrəmanına çevrilib. Borzone məhkəmədəki ifadəsində bildirib ki, onun anası, opera müğənnisi Rosalba Kolosimo şirkətin qurucusu Ferruccio Lamborghininin oğlu Tonino Lamborghini ilə birgə yaşayıb. O da həmin yaxınlıqdan sonra dünyaya gəlib.
Tonino Lamborghini bu iddianı rədd edib. Məhz bundan sonra Borzone özəl bir detektiv tutub. Borzone hakimlərə deyib ki, o, Lamborghininin qanuni qızlarından biri, müğənni və nüfuzlu Elettra Lamborghinidən DNT nümunəsi əldə etmək üçün özəl detektivləri işə götürüb.

İddialara görə, əməliyyatçılardan biri müğənninin soyuq kofe içdiyi saman çöpünü ələ keçirib və DNT testi aparıb. Borzonun vəkili Sergio Culiersi testin Borzone və 29 yaşlı Elettra Lamborghininin eyni ataya sahib olduğunu 100 faiz sübut edib.
Borzone atası olduğunu iddia etdiyi Lamborghinidən heç bir pul tələb etməyəcəyini bildirib.
Qeyd edək ki, İtaliyanın tanınmış iş adamı Ferruccio Lamborghini tərəfindən qurulan lüks avtomobil şirkəti istehsal etdiyi avtomobillərlə böyük diqqət çəkib. Şirkət ilk dəfə 1960-cı illərin ortalarında 350 GT modelini istehsal edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
