ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətində artım qeydə alınıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, son ticarət əməliyyatları zamanı 2026-cı ilin iyun ayında tədarük olunacaq təbii qaz üzrə fyuçers müqavilələrinin dəyəri yüksələrək 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 3,25 ABŞ dollarına çatıb.
Beləliklə, təbii qaz fyuçerslərinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,19 faiz artım nümayiş etdirib.
