“Müəllimlərin geyimi indi yadlarına düşüb?!” – İctimai müzakirəbackend

“Müəllimlərin geyimi indi yadlarına düşüb?!” - İctimai müzakirə

“Emin Əmrullayev nazir olandan sonra heç məktəbli formasını düzgün müəyyənləşdirə bilməyib, hərə bir cür geyinir. İndi müəllimlər üçün vahid geyim formasını necə yaradacaq, – bilmirəm”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a təhsil eksperti Etibar Əliyev deyib.

Onun fikrincə, müəllim fərqli geyinməlidir:

“Yəni kənardan baxanda onun müəllim olduğu seçilməlidir. Lakin hazırda məktəb sistemində nizamsızlıq baş alıb gedir. Uşaqlar məktəbə gəlmir, müəllim istədiyi vaxtı seçir. Müəllimlərin geyimi indi yadlarına düşüb?!

Orta məktəblərdə müəllimlərin 85 faizi qadındır. Onlar üçün vahid forma prosesi kimlərinsə emalatxanalarını işə salacaq, son nəticədə müəlimlərə keyfiyyətsiz məhsul sırıyacaqlar”.

E.Əliyev qeyd edib: “Qızlar üçün olan məktəb formaları şalvar və ətəkdən ibarətdir. Düşünürəm ki, müəllimlərlə bağlı şalvar məsələsi bir az mürəkkəbdir. Kişi müəllimlərin sayı çox azdır. Ona görə geyim seçərkən əsasən qadınları nəzərə alsalar, yaxşı olar. Bunun üçün əvvəlcə ictimai müzakirələr aparılmalıdır. Lakin düşünürəm ki, heç bu rəyləri də qəbul etməyəcəklər. Elm və Təhsil Nazirliyi nə məktublara baxır, nə də rəyləri nəzərə alır. Hazırda müəllim də, təhsil də süni xarakter daşıyır. Geyim məsələsi də belə süni olacaq”.

Xatırlatma: təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*