Lamin Yamal Avropada ən yaxşı seçildibackend

Lamin Yamal Avropada ən yaxşı seçildi

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal Avropada 2025-ci ilin ən yaxşı cinah oyunçusu seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə “WhoScored” statistik portalı siyahı açıqlayıb.

Avropanın “Top-5” liqasında çıxış edən futbolçuların siyahısına 8,34 xalla Lamin Yamal başçılıq edir. İkinci yeri “Bavariya”dan Maykl Olise (7,85 xal) tutub. İlk üçlüyü Münhen klubunun digər üzvü Luis Dias (7,67 xal) tamamlayıb.

İlk beşlikdə Meyson Qrinvud (“Marsel”, 7,58 xal) və Rafinya (“Barselona”, 7,47 xal) da yer alıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*