Latviya Ukraynaya mərmi göndərmək üçün 10 milyon avro ayırıb.
KONKRET.az xəbər verir ki, Latviya hökuməti Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna üçün artilleriya sursatlarının alınması üçün 10 milyon avro ayırıb. Bundan əlavə, yayda dronların daha bir partiyası Ukraynaya gətiriləcək.
Bu pula üç mindən çox iri çaplı 155 mm-lik mərmi alınması planlaşdırılır. Həmçinin iyunda Riqa Kiyevə min döyüş pilotsuz uçan aparatı təhvil verəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az