“Lavrov Ermənistanın xarici işlər nazirindən daha çox ermənipərəst ola bilməz” – Aşotyanbackend

 “Lavrov Ermənistanın xarici işlər nazirindən daha çox ermənipərəst ola bilməz” - Aşotyan

“Əgər biz öz problemlərimizi həll etməsək, o zaman Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç həll etməyəcək. Çünki onlar öz ölkələrinin rəhbərləridirlər, bizim ölkənin rəhbərləri deyillər, onlar öz xalqlarının nümayəndələridirlər və biz öz maraqlarımıza xidmət etmədiyimiz halda xidmət etməyə, maraqlarımızı qorumağa borclu deyillər”.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi Armen Aşotyan mətbuat konfransında bildirib.

“Lavrov Ermənistanın xarici işlər nazirindən daha çox ermənipərəst mövqe tuta bilməz. Lavrov öz ölkəsinin milli dövlət maraqlarını təbliğ edir və mən istərdim ki, bizim xalqda da eyni nazir və rəhbərlik olsun”, – Aşotyan bildirib.

NATİQ SƏLİM

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*